• Şirin barmaqlar pirojnası resepti

Reseptin məlumatları Baxış sayı: 18 817

Tarix : 2-05-2015, 17:00

Bölmə : Peçenye reseptləri / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
450 q hazır mayasız qat-qat xəmir
200 q şirin peçenye (ovuntuq üçün)
180-200 q kərə yağı
0.5 banka qatılaşdırılmış süd (az və ya çox tələb oluna bilər)

Hazırlanması:
Xəmiri 2-2.5 sm enində şəridlərə doğrayın
Əvvəlcədən 170-180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Xəmir xeyli şişməlidir.
Krem: Kərə yağı və qatılaşdırılmış südü kasaya qoyub su hamamında yağ tamam əriyənədək qaşıqla qarışdırın.
Şirin, dadlı peçenyeni xırdalayın (toz kimi olmasın).
Kasanı "hamam"dan götürün, bir az soyudun.
Pirojnaları kremə batırın. Krem çox isti olsa, pirojnanın üstündən axıb gedəcək, bizə isə lazımdır ki, o, pirojnanı tam əhatə eləsin. Birdəfəyə bir neçə pirojnanı kasaya qoymaq olar. İki çəngəlin köməyilə çıxarıb boşqaba düzün ki, kremin artığı axsın.
Sonra pirojnaları hərtərəfli peçenye ovuntuğuna batırın.

Nuş olsun!
Etiketlər: kasaya, batırın, pirojnanı, peçenye, qatılaşdırılmış, üstündən, pirojnanın, gedəcək, lazımdır, xırdalayın, olmasın, Kasanı, soyudun, götürün, əhatə, Pirojnaları, kremə, hamam, Birdəfəyə, Sonra
BİZİ İZLƏYİN