• Ləzzətli peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 37 804

Tarix : 5-06-2014, 23:26

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
50 q qara un
100 ml süd
150 q şəkər tozu
150 q un
2 ədəd yumurta
1 ç.q qabartma tozu və ya soda
60 q kərə yağı
50 q ağ şokolad (üzərini bəzəmək üçün)

Hazırlanması:
Südlə qara unu bir qaba əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Ev şəraitində biraz gözlədirik.
Yumurta və şəkəri yüksək sürətlə çalırıq. Unu əlavə edib az sürətdə mikserlə çalırıq.
Orya qara unlu qarışımımızı əlavə edirik və ev şəraitində yumuşaldılmış kərə yağını əlavə edib bir daha qarışdırırıq.
Hazırlanmış qarışımı formalı listlərimizə əlavə edirik. Sobanı 200 dərəcədə qızdırırıq və 12-15 dəqiqə ərzində bişiririk.
Hazır olduqdan sonra üzərini əridilmiş ağ şokoladla bəzəyirik.

Nuş olsun!
Etiketlər: əlavə, yaxşı, qarışdırırıq, çalırıq, edirik, şəraitində, üzərini, bəzəyirik, Sobanı, dərəcədə, listlərimizə, qarışımı, Hazırlanmış, olsun, qızdırırıq, formalı, dəqiqə, əridilmiş, Hazır, olduqdan
BİZİ İZLƏYİN