• Lalanqa (Qədim Ağbaba yemək növü) resepti

Reseptin məlumatları Baxış sayı: 17 961

Tarix : 2-07-2015, 14:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 su stəkanı süd,
3 yumurta,
1 yemək qaşığı qabartma tozu,
1 yemək qaşığı duz,
Aldığı qədər un,

Hazırlanması:
Qarışdırma qabına 3 yumurta qıraraq çırpın.Sonra südü əlavə edib qarışdırın.
1 kasa unun içinə duz qatın və çırpılan qarışığın üzərinə tökün.
Duru bir xəmir qatılığı əldə edənə qədər un əlavə edin.
Hazırlanan xəmiri 15 dəqiqə dincə qoyun.
Dərin bir qazana bol duru yağ tökün və qızmasını gözləyin.
Bir çömçə yardımı ilə lalanqa xəmirindən götürüb qızğın yağın içinə yavaş-yavaş tökün.
Hər iki tərəfini qızardın.
Hazır lalanqanın üzərinə arzuya görə şəkər pudrası səpərək də yeyə bilərsiniz.
Lalanqa servisə hazırdır.

Nuş olsun!
Etiketlər: tökün, qədər, yavaş, əlavə, içinə, üzərinə, yumurta, yemək, qaşığı, yağın, qızğın, lalanqa, çömçə, gözləyin, yardımı, tərəfini, xəmirindən, götürüb, lalanqanın, Lalanqa
BİZİ İZLƏYİN