• Kipr şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 12117

Tarix : 2.08.2015, 22:00

Bölmə : Şirniyyatlar » Peçenye reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6




Tərkibi:
4 yumurta,
1 su stəkanı şəkər,
2 su stəkanı duru yağ,
1 su stəkanı hind qozu,
1 su stəkanı qoz ləpəsi,
1 su stəkanı qaleta unu,
1 yemək qaşığı un,
1 qabartma tozu,
1 vanilin,

Mühəlləbi üçün:
1 su stəkanı şəkər,
1 su stəkanı nişasta,
1 litrədən 1 su stəkanı əksik süd,
1 vanilin,
1 paket toz şanti,

Şərbəti üçün:
1,5 su stəkanı şəkər,
2 su stəkanı su,

Hazırlanması:
Dərin bir qaba yumurta və şəkəri alıb yaxşıca çırpın.
Daha sonra digər ərzaqları da sırasıyla əlavə edib yumurtanı söndürmədən taxta qaşıqla yavaş-yavaş çırpın.
Dörtkünc qabı yağlayıb xəmiri tökün.
Əvvəlcədən 180 dərəcə qızdırılmış fırında üzəri qızarana qədər bişirin.
Bişən keksi fırından çıxardın qoyun soyusun.
Yanda isə bir qazana şəkər və suyu qoyub 5-10 dəqiqə bişirin və bişən keksimizin üzərinə tökün.
Ayrı bir qazanda şəkər və nişastanı alıb yavaş-yavaş süd əlavə edərək çırpma teliylə çırpıb ocağa qoyun.
Orta atəşdə davamlı qarışdıraraq mühəlləbimizi bişirin.
Ocaqdan düşürdərək ilıq istiliyində olanda şanti tozunu və vanilini də əlavə edərək mühəlləbini mikserlə çırparaq tamamən soyuduruq.
Axan bir mühəlləbi olmalıdır.
Sərt olmamalıdır.
Istədiyiniz qatılıqda deyilsə də süd əlavə edə bilərsiniz.
Soyuyan mühəlləbini soyuyan keksimizin üzərinə töküb üzərini düzənləyin.
Vaxtınız varsa soyuducuda yarım saata yaxın saxlayıb sonra servis edin.

Nuş olsun!

Etiketlər: stəkanı, şəkər, yavaş, əlavə, bişirin, mühəlləbini, çırpın, qoyun, şanti, sonra, tökün, üzərinə, yumurta, vanilin, keksimizin, edərək, düşürdərək, vanilini, istiliyində, tozunu
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN