• Kəsmikli peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 23 943

Tarix : 9-08-2015, 14:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
2 stəkan un
250 qram yağ
200 qram kəsmik
Vanil
Toz şəkər
Qabartma tozu

Hazırlanması:
Peçenyeni hazırlamaq üçün200 qram kəsmik, 2 stəkan un, 250 qram yağ, vanil, qabartma tozu qarışdırılır. Ancaq şəkər tozu qalır. Peçenyenin xəmiri yoğrulur.

Hazırlanan xəmir 20 dəqiqə dincəlir. 20 dəqiqə gözləyən xəmir iki hissəyə ayrılır. Hər hissədən 3 millimetr qalınlığında yuxa yayılır.

Açılan xəmirlər stəkan vasitəsi ilə dairəvi formada kəsilir.

Doğranan yumru xəmir parçaları şəkər tozuna bulanır. Ondan sonra şəkərə bulanmış yumru xəmirlər 4 qatlanır. Fırın sinisinə səliqə ilə düzülür.

Duxovka əvvəlcədən 220 dərəcəyə isidilir.

Siniyə düzülmüş peçenyelər 220 dərəcəyə isidilmiş duxovkaya yerləşdirilir. Üzəri qızarana qədər duxovkada bişirilir.

Nuş olsun!
Etiketlər: xəmir, stəkan, şəkər, xəmirlər, yumru, dəqiqə, dərəcəyə, kəsmik, qatlanır, Fırın, sinisinə, düzülür, səliqə, bulanmış, sonra, tozuna, parçaları, bulanır, Ondan, Duxovka
BİZİ İZLƏYİN