• Acıbadamlı ağ şokolad resepti

Reseptin məlumatları Baxış sayı: 15 036

Tarix : 8-02-2016, 23:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 10-20

Nəfər sayı : 2-4


Tərkibi:
4 paket ağ şokolat(80 q)
1 çay stəkanından bir barmak əksik qaymaq,
150 q marqarin,
90q acı badam ,
1 çay stəkanı şəkərlənmiş albalı ,
1 su stəkanı badam,
2 şorba qaşığı hind qozu,

Hazırlanması:
Ocağa qoyduğunuz qaynar su dolu bir qazanın içinə, istiyə davamlı bir qab yerləşdirin.
Bu qabın da içinə, suya deyməyəcək şəkildə, şokolat, qaymaq və marqarin qoyub , qızdıraraq əridin.
Qabı atəşdən alın və içinə iri doğranmış acı badam, albalı şəkərləməsi, əzilmiş badam və hind qozu əlavə edib , qarışdırın.
Hazırladığınız qarışığı 20×20 sm ölçüsündə yağlı kağız sərilmiş qaba boşaldın.
Donması üçün qabı soyuducuda 2-3 saat gözlədin.
İsti suya batırılmış bıçaqla dilimləyərək servis edin.

Nuş olsun!
Etiketlər: badam, içinə, stəkanı, qaymaq, marqarin, şokolat, albalı, əridin, qarışığı, Hazırladığınız, qarışdırın, şəkərləməsi, doğranmış, əzilmiş, əlavə, ölçüsündə, atəşdən, sərilmiş, batırılmış
BİZİ İZLƏYİN