• Zilviyə resepti

Reseptin məlumatları Baxış sayı: 22 967

Tarix : 7-10-2015, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 6-8


Tərkibi:
3 stəkan un
10 qr maya
1 stəkan qatıq
2 xörək qaşığı nişasta
3 ədəd yumurta
1,5 stəkan şəkər tozu
1,5 stəkan su
1,5 stəkan bitki yağı.

Hazırlanması:
Zilviyə hazırlamaq üçün buğda unu, yumurta ağı, qatıq, nişasta və maya həmçinin şərbət üçün şəkər və su, qızartmaq üçün isə bitki yağı götürülür. Zilviyə üçün 1 stəkan una 10 qr maya və ilıq su qatılmaqla xəmir yoğrulur.

Xəmiri 3-4 saat qıcqırdıb acıxəmrə hazırlayırlar. Sonra 1 stəkan qatığa 2 xörək qaşığı nişasta əlavə edib qarışdırılır. 3 yumurtanın ağı köpüklənənə qədər çalınır və üzərinə qatıq-nişasta qarışığı əlavə edilir. Bu qarışığa isə acıxəmrə əlavə edilir, 2 stəkan da un tökülüb duru xəmir yoğrulur. Xəmir 25-30 dəqiqə saxlanılır. Bu müddətdə şəkər şərbəti bişirilir. Bunun üçün 1,5 stəkan şəkərin üzərinə 1,5 stəkan su tökülüb qaynayana qədər qızdırılır, kəfi yığılır. 1,5 stəkan bitki yağı yastı qazancada və dərin tavada qızdırılır.

Duru xəmir qıf və ya asan olsun deyə çaynikə tökülüb çaynikin lüləyi vasitəsi ilə dairəvi təkər formasında tökülüb qızardılır. Açıq qəhvəyi rəng alanda zilviyə yağdan çıxarılıb darhal qırmızı və ya sarı rəng qatılmış şəkər şərbətinə salınır. 5 dəqiqədən sonra zilviyə şərbətdən çıxarılıb süzgəcə yığılır.

Süfrəyə verilmə qaydası:

Zilviyə süfrədə isti və ya soyuq halda yeyilir.

Nuş olsun!
Etiketlər: stəkan, Zilviyə, nişasta, şəkər, tökülüb, zilviyə, bitki, əlavə, xəmir, qatıq, yoğrulur, çıxarılıb, edilir, yığılır, qızdırılır, üzərinə, qədər, qaydası, xörək
BİZİ İZLƏYİN