• Mütəkkə resepti

Reseptin məlumatları Baxış sayı: 65 966

Tarix : 3-10-2015, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 10-12


Tərkibi:
Xəmiri üçün:

4 st un,
300 q kərə yağı,
200 q xama,
3 ədəd yumurta (yumurtanın ağının biri içliyə əlavə olunur)
2 xörək qaşığı şəkər tozu,

İç üçün:
500 q qoz ləpəsi,
200 q şəkər toz,
1 yumurtanın ağı,
Çay qaşığının ucunda hil,

Hazırlanması:
Un ilə yağı ovurun.
Üstünə xamanı, yumurtanı və şəkər tozunu əlavə edin.
Yumşaq xəmir düzəldin.
Xəmiri 15 dəqiqə soyuducuda saxlayın.
İçliyi hazırlamaq üçün qovrulmuş qozu maşından keçirib şəkər tozu, hil və 1 ədəd yumurtanın ağı ilə qarışdırın.(yumurta kiçik olsa onda iki yumurta götürməlisiniz).
Xəmiri 5 yerə bölün.
Bir kündəni götürüb az un səpib oxlovla 2-3 mm qalınlıqda yayın.
Sonra yuxanı bıçaqla 8 yerə bölün.
Hər kəsilmiş hissəyə 1 x.q içlik qoyub bükün.
Bu şəkildə bütün kündələri yayıb kəsin və içlik qoyub bükün.
Fırın tabağına kağız sərib mütəkkələri aralı düzün.
Düzdükdə uc hissələri alta qoyuruq ki, bişdikdə aralanmasın.
200 dərəcə qızdırılmış sobada üzü qızılı rəngdə olanadək bişirin.
Zövqə görə soyuduqdan sonra üstünə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, yumurtanın, yumurta, içlik, qoyub, bükün, Xəmiri, əlavə, bölün, Mütəkkə, hazırlamaq, tabağına, Fırın, mütəkkələri, kağız, sərib, kəsin, yuxanı, kündələri, bıçaqla
BİZİ İZLƏYİN