• İrəvan kətəsi resepti

Reseptin məlumatları Baxış sayı: 23 658

Tarix : 30-09-2015, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 8-10


Tərkibi:
Xəmiri üçün:

1,5 kq un,
800 q yağ,
1 l qatıq,
1 çay qaşığı soda,

İçi üçün:
200q yağ,
1 stəkan un,
1kq şəkər tozu,

Hazırlanması:
1.5 kq unu 800 qr yağla ovun.
İçinə 1 tomat bankası qatıq və bir azca da soda əlavə edib xəmir yoğrun.
İçini hazırlamaq üçün:
200qr yag, 1stəkan un, 1kq şəkər tozunu qatıb ovxalayaraq içlik hazırlayın.
Yoğurduğunuz xəmiri 4 kündəyə ayırın. Kündənin hər birini unsuz uzun şəkildə yayın.
Eni 20 sm olmaq şərtiylə, yaydığınız yuxanın arasına düzəltdiyiniz için 1/4-ni töküb xəmirin üzərinə yayıb oxlova bükün.
Sonra oxlovdan çıxarıb fiqurlu bıçaqla kəsin.
Üstünü yumurtalayıb 180 dərəcə qızdırılmış fırında bişirin.

Nuş olsun!
Etiketlər: qatıq, kətəsi, şəkər, arasına, yuxanın, töküb, üzərinə, xəmirin, yaydığınız, düzəltdiyiniz, şərtiylə, unsuz, birini, şəkildə, yayın, olmaq, yayıb, Sonra, yumurtalayıb, Üstünü
BİZİ İZLƏYİN