• Banan peçenyesi resepti

Reseptin məlumatları Baxış sayı: 82 243

Tarix : 20-09-2015, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 8-10


Tərkibi:
Xəmir üçün:

200 qram kərə yağı və ya marqarin
200 qram xama
0,5 çay qaşığı çay sodası
1 çay qaşığı sirkə
2,5 stəkan əla növ un

İçlik uçun:
200 qram kəsmik
100 qram yağ
1 stəkan şəkər tozu
1 stəkan əla növ un
Vanil

Hazırlanması:
Banan şirniyyatı hazırlamaq üçün əvvəl yağ yumşaldılır və unla ovulur. Xamanın üzərinə sirkə, çay sodası əlavə edib yaxşıca qarışdırılır. Sonra yağlı una xamanı qatıb xəmir yoğurun. Xəmirdən 30-32 dənə kiçik kündə hazırlayın. İçlik hazırlamaq üçün kəsmiyin üzərinə şəkər əlavə edib, yaxşıca qarışdırın. Sonra yağ əlavə edib, mikserlə çalın və üzərinə un qatıb yumşaq xəmir alınana qədər qarışdırın. Kündələri banan formasında yayın, üzərinə uzunsov formada iç qoyub, qıraqlarını qatlayıb, səliqəli bükün. Şirin içi xəmirin içinə qoyduqda çalışın ki, bağlanma “tikiş”i aşağı olsun. Əlinizlə xəmirə banan forması verin. Bundan sonra sobada 180 dərəcədə 15-18 dəqiqə bişirin. Soyuduqdan sonra üstünə şəkər tozu səpin.

Nuş olsun!
Etiketlər: üzərinə, əlavə, stəkan, şəkər, banan, Banan, hazırlamaq, peçenyesi, yaxşıca, qatıb, Sonra, xəmir, qarışdırın, sonra, qaşığı, sirkə, İçlik, sodası, qatlayıb, uzunsov
BİZİ İZLƏYİN