• Badambura resepti

Reseptin məlumatları Baxış sayı: 30 906

Tarix : 10-09-2015, 12:00

Bölmə : Peçenye reseptləri / Xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 8-10


Tərkibi:
Xəmir üçün:

900 q un,
2-3 yumurta,
200 q kərə yağı,
2 x.q xama,
1 ç.q quru maya,
Aparanadək süd,

İçlik üçün:
500 q badam ləpəsi,
500 q şəkər tozu,
1/4 ç.q hil,

Yağlamaq üçün:
400-450 q kərə yağı,

Hazırlanması:
Xəmiri hazırlayın.
Südü qaba töküb ilıq qızdırın.
Yağı əridin.
Mayanı ilıq süddə qarışdırıb 5-10 dəqiqə saxlayın.
Unun ortasına yumurtanı, mayanı, südü, yağı və xamanı əlavə edib qarışdırın.
Yumşaq xəmir yoğurun.
Xəmirin üstünə sellofan çəkib, dəsmal qoyub, adyala bükün.
1-2 saat acımağa qoyun.
İçlik hazırlayın.
Badam ləpəsinin qabığını təmizləyin.
Təmizlədikdən sonra quruması üçün tavada azca qovurub soyuduqdan sonra sürtgəcli maşından keçirin.
Çəkilmiş badama şəkər tozu və hil əlavə edin. İçliyiniz hazırdı.
Xəmirdən 10 ədəd kündə düzəldin.
Kündənin birini götürüb az un səpib oxlov ilə nazik yuxa yayın.
Yuxanı əliniz ilə az dartıb böyüdün və yağlayın.
Bu qayda ilə 5-5 yuxaları yayıb yağlayın.
Yağlanmış və üst- üstə yığılmış bu yuxaları bükün.
Bükdüyünüz yuxaları 3 sm enində kəsin.
Kəsilmiş bir lenti götürüb əlinizlə içini oval formada açın.
İçinə 2 çay qaşığı içlikdən qoyub bükün.
Bükülən tərəfi aşağıda olmaqla qaba kağız sərib yığın.
Eyni qayda ilə hamısını hazırlayın.
Bütün badamburaları hazırlayib qurtardıqdan sonra bişirməyə başlayın.
Qurumasın deyə üstünə sellofon çəkin.
170-180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişirin. Bişirərkən badamburaların üzü qızarmamalıdır ağ qalmalıdır!
Bişmiş badamburaları düz qaba yan-yana yığın.
Tamam soyuduqdan sonra isə qazana yığıb ağzını örtün.

Nuş olsun!
Etiketlər: sonra, yuxaları, hazırlayın, bükün, badamburaları, qayda, soyuduqdan, əlavə, qoyub, yağlayın, şəkər, üstünə, götürüb, İçlik, yığın, Badambura, Bükülən, əlinizlə, içini, içlikdən
BİZİ İZLƏYİN