• Qoz peçenyesi resepti

Reseptin məlumatları Baxış sayı: 160 210

Tarix : 17-03-2017, 20:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 10-12


Tərkibi:
Xəmiri üçün:

3 ədəd yumurta,
250 qram şəkər tozu,
200 qram marqarin,
1 çimdik duz,
2 stəkan un,
1 çay qaşığı qabartma tozu

İçlik üçün:
1-2 banka qaynadılmış qatılaşdırılmış süd,
Qoz ləpəsi (istəyə görə),

Hazırlanması:
Qoz peçenyesi hazırlamaq üçün əvvəlcə yumurtaları şəkər tozu ilə çalın.

Marqarini əridin, otaq temperaturunadək soyudun.

Sonra bu marqarini yumurtalı-şəkərli qarışığa əlavə edin.

Marqarin, yumurta və qoz qarışığına duz, un, qabartma tozu əlavə edin.

Qarışığını yaxşıca qarışdırın.

Sonra xəmirin özünü tutması üçün soyuducuya qoyun. Bir qədər soyuducuda saxlayın.

Sonra qoz peçenyesi qəlibinin hər iki tərəfinin içərisini bitki yağı ilə yağlayın.

Xəmiri soyuducudan çıxardırıq.

Çay qaşığı vasitəsi ilə xəmirdən götürüb formaları doldururuq.

Doldurduğumuz formaların qapağını bağlayıb bişiririk.

Bişmə əsnasında qoz peçenyesi formalarının kənarlarından çıxan xəmir artıqlarını kəsib götürürük.

Qatılaşdırılmış südü qaynadırıq.

Qoz ləpəsini əzirik.

Sonra qaynadılmış qatılaşdırılmış südü xırdalanmış qozla qarışdırıb qoz peçenyesinin içini doldururuq.

Nuş olsun!
Etiketlər: Sonra, peçenyesi, qabartma, əlavə, qaşığı, qaynadılmış, yumurta, doldururuq, qatılaşdırılmış, Xəmiri, şəkər, Doldurduğumuz, formaların, bişiririk, bağlayıb, qapağını, formaları, çıxardırıq, bitki, içərisini
BİZİ İZLƏYİN