• Rafaello resepti

Reseptin məlumatları Baxış sayı: 20 629

Tarix : 2-09-2015, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 8-10


Tərkibi:
1 qutu qatılaşdırılmış süd
100 qram hindistan qozu (kokos)
3 xörək qaşığı kərə yağı
50 qram badam

Hazırlanması:
Bir qazan götürürük və buraya qatılaşdırılmış süd və kərə yağını tökürük.

Qatılaşdırılımş süd və kərə yağını vam odda 10-15 dəqiqə bişiririk.

Sonra südlə kərə yağ qarışığına kokos əlavə edirik. Soyumaq üçün buraxırıq.

Soyuduqdan sonra bu qarışıqdan qoz böyüklüyündə tolar hazırlayırıq.

Hər topun içərisinə 1 ədəd badam qoyuruq. Hazırladığımız rafaello topunu kokosa batırırıq.

Hazır rafaellonu soyuducuda 2-3 saat gözlədirik. Bundan sonra rafaellonu süfrəyə vermək olar.

Nuş olsun!
Etiketlər: qatılaşdırılmış, yağını, kokos, rafaellonu, sonra, rafaello, Rafaello, badam, topun, içərisinə, qoyuruq, hazırlayırıq, böyüklüyündə, Soyuduqdan, qarışıqdan, tolar, batırırıq, gözlədirik, Bundan, süfrəyə
BİZİ İZLƏYİN