• Badamlı peçenya resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 479

Tarix : 3-02-2016, 10:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
150 qr kərə yağı
150 qr buğda unu
50 qr yulaf unu
100 qr badam
50 qr şəkər tozu və 3-4 x/q üzərinə səpmək üçün
1 ədəd yumurta
zövqə görə vanil

Hazırlanması:
Badamın insan orqanizminə olduğu xeyirdən saatlarnan danışmaq olar. Onu bal ilə yemək qaraciyərə və dalağa dərmandır. Yağı üzdəki ləkələri aparır, qırış və çatlaq üçün məlhəmdir. Yağını qulağa damcılatmaq qulaq ağrısını kəsər. Amerikalı tədqiqatçıların araşdırmasına əsasən məlum olub ki, badam qanda xolesterinin miqdarını aşağı salma xüsusiyyətinə malikdir.

Bu qayda ilə hazırlanan badamlı peçenya isə çox dadlı, zərif, asan hazırlanan və xırt-xırtlı alınır.
1. Soba 180°C temperaturunda isidilir və inqredientlər hazırlanır.
2. Yaxşı olar ki, qızardılmamış badamdan istifadə edəsiniz. Çünki bişəndən sonra onun ətri daha çox bilinəcək.
Kasaya yumşaldılmış kərə yağı və 50 qr şəkər tozu əlavə edilir.
3. Üzərinə un (və zövqə görə bir qədər vanil) əlavə edilərək əlnən qarışdırılır, sanki qum qırıntıları yaradılır (iri qum qırıntıları).
4. Sonra alınan «qırıntıların» içinə yumurta əlavə edilərək xəmir yoğrulur.
5. İndi isə badam ləpələrinin növbəsidir. Onları çox xırda şəkildə doğramaq lazımdır. Bu işin örtəsindən isə blender yaxşı gələr. Lakin həvəng və ya adi oxlovla da keçinmək olar. Əzin, döyün, üyüdün - istədiyiniz kimi edin, amma nəticədə iri tikələr qalmasın.
6. Xəmir yoğrulur. Xəmirdən kündə hazırlamağa ehtiyyac yoxdur.
7. Kündənin əvəzində xəmirdən «kolbasa» forması hazırlayacayıq. Alınan hər bir kolbasa şəkər tozunda yırğalanır. İnqredienlərdə qeyd edilən 3-4 xörək qaşığı şəkər tozu məhz burada istifadə edilir.
8. Alınan hər bir kolbasa, ara məsafəsi 1-1.5 sm verilməklə doğranılır. Nəticədə peçenya kiçik diniş, kərpic formasında alınmalıdır, başqa cür ad tapmaq olmur :)
9. Peçenyalar tavaya düzülür və əvvəlcədən 180°C temperaturunda isidilmiş sobaya yerləşdirilir.
10. Sobada 15-20 dəqiqə bişirilir. Hazır olduqda yedikcə doya bilməyəcəksiniz!
Qeyd üçün vurğulayaq ki, əgər peçenyanın tam dietik olmasını istəyirsinizsə adi şəkər tozunu dietik şəkərnən əvə bilərsiniz.

Badamlı peçenya resepti - FOTO RESEPT

Badamlı peçenya resepti - FOTO RESEPT

Badamlı peçenya resepti - FOTO RESEPT

Badamlı peçenya resepti - FOTO RESEPT

Badamlı peçenya resepti - FOTO RESEPT

Badamlı peçenya resepti - FOTO RESEPT

Badamlı peçenya resepti - FOTO RESEPT

Badamlı peçenya resepti - FOTO RESEPT

Badamlı peçenya resepti - FOTO RESEPT

Badamlı peçenya resepti - FOTO RESEPT

Badamlı peçenya resepti - FOTO RESEPT

Badamlı peçenya resepti - FOTO RESEPT

Badamlı peçenya resepti - FOTO RESEPT

Badamlı peçenya resepti - FOTO RESEPT

Badamlı peçenya resepti - FOTO RESEPT

Badamlı peçenya resepti - FOTO RESEPT

Badamlı peçenya resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qədər, xəmir, əlavə, üzərinə, şəkər, olsun, edilir, ərzində, kasaya, yerləşdirilir, rahat, ponçiklər, hazırlananda, dəsmal, nəmli, Xəmiri, dəqiqə, sonra, yenidən, Xəmir
BİZİ İZLƏYİN