• Ponçiklər resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18323

Tarix : 9.10.2015, 19:00

Bölmə : Peçenye reseptləri, Xəmir işləri, Foto reseptlər

Mətbəx : Rus mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 10-12




Tərkibi:
500 qr un
250 ml süd
12-15 qr quru maya (1 paket)
50 qr yumşaldılmış kərə yağı
2 x/q şəkər tozu
0.5 ç/q duz
500 ml bitki yağı (qızardılması üçün)

Hazırlanması:
Ponçik əsasan yağda qızardılmış xəmirdir. Xeyrli olmasada, çox dadlıdır! Xəmiri süd ilə hazırlananda isə daha ətirli və koppuş alınır. Ələ yapışmır və ponçik hazırlananda əlavə una ehtiyyac qalmır, nəticədə qızardılması çox rahat olur.

1. İri kasaya quru maya, duz, şəkər tozu və isti süd əlavə edilir. Maya tam əriyənə qədər hamısı qarışdırılır.
2. Un və yumşaldılmış kərə yağı parçaları əlavə edilərək xəmir yoğrulur.
Xəmirdən yavaş-yavaş kündə əmələ gələndə, onu un səpilmiş lövhəyə yerləşdirərək 5-7 dəqiqə ərzində yaxşıca əzin. Hətta, əvvəlcə xəmir bir qədər yapışqan olsa belə, narahat olmayın, sadəcə əzməyə (yoğurmağa) davam edin. Nəticədə xəmir yumşaq və elastik alınacaq.
3. Xəmir yenidən kasaya əlavə edilir, üstü nəmli dəsmal ilə bağlanıb isti yerə yerləşdirilir. Çünki nəmli və bir qədər isti mühüt bakteriyaların artması üçün əlverişli yer hesab edilir. Maya isə bakteriyadır. İsti yer qismində adi sobanı istifadə etmək məsləhətlidir. Oranı bir qədər isidin, içəridəki temperatur otaq temperaturundan biraz isti olsun və kasani oraya yerləşdirin. Xəmir bir saat ərzində qalxacaq. Həcmdə isə 3-4 dəfə artacaq.
4. Xəmiri yüngülcə əzin ki onu rahat kündələyə biləsiniz və xəmirdən kiçik hissələr qopardaraq ponçiklər formalaşdırmağa başlayın. Hazırladığınız dairəvi formaları yağlanmış tavanın üzərinə düzün və 10-15 dəqiqə gözləyin. Bu vaxt ərzində xəmir formalarına yenidən bir qədər hava hopar və onlar həcmdə şişmiş olar.
5. Dərin qazanda təmizlənmiş və qoxusuz olan bitki yağı qızdırılır. Yağ tam qızandan sonra ponçikləri qazana buraxa bilərsiniz. Bir tərəfdən təxminən 30 saniyyə qızardın, sonra isə çevir ki, rənginə görə hər tərəfi bərabər olsun.
6. Hazır ponçiklər kağız mətbəx salfetləri üzərinə (və ya adi təmiz dəsmal üzərinə) yerləşdirilir ki, üzərində qalan artıq yağlar süzülsün.
7. Süfrəyə verərkən üzərinə bolluca şəkər pudrası səpin, zövqə görə şokoladlı kremlə də yeyilə bilər.

Ponçiklər resepti  - FOTO RESEPT

Ponçiklər resepti  - FOTO RESEPT

Ponçiklər resepti  - FOTO RESEPT

Ponçiklər resepti  - FOTO RESEPT

Ponçiklər resepti  - FOTO RESEPT

Ponçiklər resepti  - FOTO RESEPT

Ponçiklər resepti  - FOTO RESEPT

Ponçiklər resepti  - FOTO RESEPT

Ponçiklər resepti  - FOTO RESEPT

Ponçiklər resepti  - FOTO RESEPT


Nuş olsun!

Etiketlər: qədər, xəmir, əlavə, üzərinə, şəkər, olsun, edilir, ərzində, kasaya, yerləşdirilir, rahat, ponçiklər, hazırlananda, dəsmal, nəmli, Xəmiri, dəqiqə, sonra, yenidən, Xəmir
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Aynurr
Pəhh edəcəm çox asantdı
12 oktyabr 2015 16:16
2
Offline
YARALI GOYERCIN
Seher seher lap wiwdim.
10 oktyabr 2015 08:15
1
BİZİ İZLƏYİN




Yandex.Metrica