• Göbələk peçenyesi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 32 419

Tarix : 13-09-2015, 23:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 8-10


Tərkibi:
250 qr ərinmiş kərə yağı və ya marqarin yağı
2 ədəd yumurta
1 stəkan şəkər kirşanı
2,5 stəkan un
200 qr qarğıdalı unu
1 paket vanil
1 paket qabartma tozu
kakao

Hazırlanması:
1. Qaba un ələnir.

2. Una ərinmiş yağ, yumurta, şəkər kirşanı, vanil, qabartma tozu əlavə edib xəmir əmələ gələnə qədər yoğururuq.

3. Xəmir nə bərk nə də yumuşaq olmalıdı.

4. Alınmış xəmirdən qoz böyüklüyündə yumru peçenyalar hazırlayıb sobanın tavasına düzürük.

5. Balaca bir qaba kakao tökürük.

6. Göbələk formasını vermək üçün plastik su qabların qapağından istifadə edirik. Qapağı kakao batırıb yumru peçenyaların üstünə basılır.

7. Əvvəlcədən isidilmiş 200 dərəcədə üstü biraz qızarana kimi bişirilir.

Göbələk peçenyesi resepti - FOTO RESEPT

Göbələk peçenyesi resepti - FOTO RESEPT

Göbələk peçenyesi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: kakao, kirşanı, stəkan, paket, vanil, qabartma, yumurta, şəkər, yumru, istifadə, ərinmiş, vermək, plastik, qabların, qapağından, formasını, tavasına, düzürük, Göbələk, tökürük
BİZİ İZLƏYİN