• Karib adalarından yağlı kökələr resepti

Reseptin məlumatları Baxış sayı: 17 824

Tarix : 26-10-2015, 10:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 stəkan yarım ilıq su
2 xörək qaşığı şəkər tozu
1 xörək qaşığı toz maya
4 stəkan un
Dörtdə üç çay qaşığı duz
2 xörək qaşığı duru yağ (bitki yağı kimi)
Təxminən 200 qram kərə yağı – otaq hərarətində yumuşaldırılmış

Hazırlanması:
Şəkər tozunu bir kasaya qoyun, üstünə suyu töküb qarışdırın ki, şəkər həll olunsun. Mayanı əlavə edin. Kasanı mətbəx streçi ilə örtüb kütlənin qabarması üçün 10 dəqiqəlik kənarda isti yerə qoyun.
Ayrı iri qabda un və duzu qarışdırın. Ordasında çuxur açıb oraya mayalı qarışığı və duru yağı əlavə edin. Qarışdırın. Xəmiri kasadan çıxardıb yapışmaması üçün masaya un səpib xəmiri təxminən 3-4 dəqiqə ərzində yoğurun. Xəmir bərk olmalı amma çox deyil və eyni zamanda elastik olmalıdır. İri qabın içini bir az duru yağla yağlayın. Xəmiri buraya geri qoyub o tərəf bu tərəfə çevirin ki, üstü bir az yağlansın. Xəmirin üstünü örtüb gəlməsi üçün isti yerə qoyun – təxminən 1 saat 15 dəqiqəlik. Xəmir ən azı iki-qat şişməlidir.
Gəlmiş xəmiri bir-iki dəqiqə yoğurun, yarı bölün. Hər yarını ən azı 6 hissəyə bölün (bəzən daha da çox alınır). Hər parçanı kündələyin. Hər kündəni unlanmış yerdə oxlovla diyametri 7-8 santimetr olan dairə şəklində açın. Kərə yağından qaşıqla təxminən 1-2 çay qaşığı götürüb dairənin ortasına yaxın. Kənarlarına deyil. Dairəni yarım-ay şəklində bükün. Sonra isə yenə bükərək üçbucaq əldə edin. Üçbucaqları 2 ədəd listə yerləşdirin (listləri yağlamayın!)
Listlərin üstünü çay dəsmalıyla örtüb isti yerə qoyun ki, üçbucaqlar gəlsin, 1 saat ərzində. Bu müddət bitməzdən 10-20 dəqiqə əvvəl sobanı 205C-dək qızdırın.
Listlərin birini sobanın yuxarı digərinini isə aşağı rəfinə yerləşdirin. Üçbucaqları 18-20 dəqiqə və yaxud üstləri bir az qızaranadək bişirin. Kökələrin içindəki yağın bir hissəsi listə çıxacaq – narahat olmayın, bu normaldır. İçində qalan yağ isə çörəyin içinə yayılacaq. Kökələri sobadan çıxardıb alt-üst edin ki, içlərindəki yağ hər tərəfə yayılsın. İstəyə görə kökələrin üzərini listdəki yağla yağlaya bilərsiniz. Kökələr isti ikən və ya otaq hərarətində ikən süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: içlərində, qaşığı, Kökələr, Karib, dəqiqə, qoyun, təxminən, Cynthianın, örtüb, üstünü, xörək, yağla, kökələri, şəkər, stəkan, yarım, Cynthia, Quyana, bölün, kökələrin, şəklində
BİZİ İZLƏYİN