• Zeytunlu qozlu qurabiyələr resepti

Reseptin məlumatları Baxış sayı: 16 050

Tarix : 28-02-2016, 11:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
3 stəkan yarım un + bir az əlavə (lazım olsa)
Bir çimdik duz
2 çay qaşığı yarım qabartma tozu
1 stəkan duru yağ (tünd iyi olmayan hər hansı bir yağ – zeytun və ya qarğıdalı ola bilər)
125 qram kərə yağı – otaq hərarətində yumuşalmış
2 xörək qaşığı alma və yaxud üzüm sirkəsi
1 stəkan qatıq
1 stəkan xırda doğranmış (amma çox xırda deyil)qoz ləpəsi (şəkildəki kimi)
1 stəkan dənəsi çıxardılmış və halqavari doğranmış qara zeytun

Üstü üçün:
1 ədəd yumurtanın sarısı

Hazırlanması:
Sobanı 190Cdək qızdırın. İri listin dibini azacıq yağlayın.
Orta ölçülü qabda un, duz və qabartma tozunu qarışdırın.
İri qabda yağları, sirkə və qatığı qarışdırın. Qoz və zeytunu əlavə edib, yenidən qarışdırın.
Unlu qarışığı da buraya əlavə edib, xəmir yoğurun. Xəmir ələ yapışırsa, bir az da un əlavə edib yoğurun. Alınan xəmir çox bərk olmamalı və ələ yapışmamalıdır.
Xəmirdən qozdan bir qədər iri parçalar ayırıb, kündələyin.
Topları listə düzün. Üstlərinə yumurta sarısı çəkin. Sobada qızaranadək, təxminən 40 dəqiqə bişirin. Süfrəyə verməzdən əvvəl soyudun.

Nuş olsun!
Etiketlər: stəkan, əlavə, qarışdırın, zeytun, qaşığı, qabartma, yarım, Xəmir, özümü, qədər, qabda, doğranmış, xırda, yoğurun, xəmir, sarısı, yağları, ölçülü, tozunu, yağlayın
BİZİ İZLƏYİN