• Yulaflı-kişmişli qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 11723

Tarix : 20.12.2015, 11:00

Bölmə : Şirniyyatlar » Peçenye reseptləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
1 stəkan yarım (325 g) un
1 çay qaşığı qabartma tozu
1 çay qaşığı darçın
1/4 çay qaşığı duz
yarım stəkan (125 g) duzsuz kərə yağı – doğranmış, otaq hərarətində
1 stəkan (220 g) tünd şəkər tozu (mixəyi rəngdə olur)
yarım stəkan (125 g) ağ şəkər tozu
2 iri yumurta
1 çay qaşığı vanil ekstraktı
1 stəkan yarım (140 g) yulaf lopası
2 stəkan (375 g) qara kişmiş

Hazırlanması:
Sobanı 180C-dək qızdırın. 2 iri dəyaz listin dibinə kalka kağızı sərin.
Bir kasada un, qabartma tozu, darçın və duzu qarışdırın. Kənara qoyun.
Ləyəndə yağ və şəkərləri mikserlə hamar olanadək çalın. Yumurta və vanil ekstraktını əlavə edib, qarışanadək çalın. Kasadakı unlu qarışığı və yulafı da buraya əlavə edib, bütün ərzaqlar qarışanadək çalın (çox deyil). Kişmişi də buraya əlavə edib qaşıqla qarışdırın.
Xörək qaşığıyla xəmirdən götürüb listə bir-birindən təxminən 7 sm aralıqda təpəciklər qoyun. İdeal forması olmasa da olar, çünki bişərkən xəmir onsuzda yayılacaq. Əvvəlcə sobanın orta rəfində bir listi bişirin, sonra isə o birisini. Qurabiyyələr 15-20 dəqiqədə bişəcəklər. Üstlərinə barmağınızla yavaşca basın – əgər üstü bir qədər bərkiyibsə, onda qurabiyyələr hazırdır. Narahat olmayın, qurabiyyələr sobadan çıxdıqdan sonra bərkiyəcəklər. Qoyun onlar listdə bir az soyusunlar, sonra qaba yığın. Bu qurabiyyələrin çölü bir qədər xırt-xırt olur, içi isə yumuşaq. Sabahı daha da yumuşaq olurlar. Üstü ortülü bir qabda saxlayın.

Nuş olsun!

Etiketlər: stəkan, qaşığı, yarım, çalın, əlavə, sonra, qurabiyyələr, darçın, şəkər, vanil, qarışdırın, qoyun, qədər, qabartma, qarışanadək, yumuşaq, buraya, onsuzda, yayılacaq, birindən
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN