• Un qurabiyəsi resepti

Reseptin məlumatları Baxış sayı: 16 515

Tarix : 29-10-2015, 10:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
125 qram kərə yağı – oda hərarətində yumuşalmış
1 armudu stəkan şəkər kirşanı (pudrası)
1 çay qaşığı qabartma tozu
3 artmudu stəkan ağ un
Üstünə səpmək üçün əlavə şəkər kirşanı

Hazırlanması:
Bir kasada yağ və şəkər kirşanını qaşıqla bir-iki dəqiqə ərzində qarışdırın. Üstünə qabartma tozu və unu əlavə edin. Əlinizlə xəmir alınanadək yoğurun. Xəmir bərk olmalıdır, amma çox deyil (plastilin kimi). Lazımdırsa, bir az da un əlavə edin.

İri listin üstünə perqament kağızı sərin. Sobanı 180C-dək qızdırın.
Alınan xəmiri qoz boyda parçalara ayırıb, 19 ədəd top düzədin. Topları listə düzün.

Sobanın orta təbəqəsində 20 dəqiqə ərzində, və yaxud altları bir qədər qızaranadək bişirin. Qurabiyələrin üstü ağ qalmalıdır. Soyutduqdan sonra üstlərinə şəkər kirşanı ələyin.

Nuş olsun!
BİZİ İZLƏYİN