• Ləziz kəsmik kətəsi resepti

Reseptin məlumatları Baxış sayı: 15154

Tarix : 6.11.2015, 17:00

Bölmə : Peçenye reseptləri, Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Kəsmik 5%-li - 600 qram
Yumurta - 1 ədəd
Duz - bir çimdik
Şəkər tozu - 100-150 qram
Un - 2 xörək qaşığı

Hazırlanması:
1. Bütün ərzaqları qatın, ələkdən keçirin. Kəsmiyi ələkdən keçirməsəniz də olar. Yaş əllə bu kütlədən kürəciklər düzəldin.
2. Bu ölçüdən istifadə etsəniz təqribi 13 ədəd kəsmik kətəsi olmalıdır. Unlayın, sonra bir balaca silkələyin ki, artıq un üzərindən tökülsün.
3. Tavaya yağ tökün, orta atəşdə kəsmik kətəsini qızardın.
4. Bir tərəfi qızarandan sonra tavanın qapağını örtün. Zəif odda ikinci tərəfini bişirin. Bu zaman kətə şişəcək.
5. Bişən kətələri kağız salfetin üzərinə yığın ki, artıq yağı hopsun.

Nuş olsun!


Etiketlər: sonra, kəsmik, ələkdən, artıq, qızardın, qızarandan, tavanın, tərəfi, atəşdə, tökülsün, Tavaya, tökün, qapağını, kətəsini, ikinci, salfetin, kağız, üzərinə, yığın, hopsun
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN