• Kirpi balası şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 8311

Tarix : 20.11.2015, 12:00

Bölmə : Şirniyyatlar » Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3-3,5 stəkan un (xəmir lazım olan konsistensiyaya gələnə qədər)
200 qram otaq temperaturunda yumşaldılmış kərə yağı
Bir stəkan süd
İki xörək qaşığı şəkər tozu
2 çay qaşığı quru maya
0,5 çay qaşığı duz

Hazırlanması:
Duzla mayanı qarışdırın, südü, şəkər tozunu, un və yağı əlavə edin. Xəmiri yoğurun, çox bərk və ya çox yumşaq olmasın. Xəmiri 4 saat soyuducuda saxlayın.
Bişirmədən öncə xəmiri soyuducudan çıxarın ki, otaq temperaturunda qalsın. Yeri gəlmişkən, bu xəmir soyuducuda 3 gün saxlanıla bilər, ancaq bu zaman ona yarım çay qaşığı soda əlavə etmək lazımdır.
Beləliklə, dadlı və gözəl "Kirpi balası” piroqunu hazırlayaq.

1. Xəmiri açın, yuxanın üzərinə istənilən şirin içlik qoyun

2. Fətirin kənarlarını yuxarı qaldırırıq, ona kürə formasını veririk ki, kirpinin bədənini hazırlayaq. Xəmiri yağlanmış soba tavasına qoyun və kirpinin sifətini düzəldin.

3. Xəmirdən kirpinin ayaqlarını düzəldin və bədəninə yapışdırın.

4. Bıçağın köməyi ilə bu pəncələrin caynaqlarını düzəldin.

5. Qayçının köməyi ilə xəmirin üzərinə kirpi görünüşü verin. Şəkildəki kimi.

6. Gözləri və burnu araxisi qırıqlarından, xurmadan və qaysı qurusundan hazırlamaq olar.

Hazır "kirpi balası”nın üzərinə bitki yağı çəkin, şəkər tozu səpin və sobada bişirin.

Nuş olsun!

Etiketlər: qaşığı, Xəmiri, düzəldin, üzərinə, kirpinin, şəkər, temperaturunda, əlavə, xəmir, soyuducuda, köməyi, hazırlayaq, qoyun, stəkan, kirpi, ayaqlarını, bədəninə, pəncələrin, Xəmirdən, yapışdırın
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Miss_Angel
gorunuwu gozeldi
20 noyabr 2015 14:43
1
canim dosim;)
BİZİ İZLƏYİN




Yandex.Metrica