• Şokoladlı çiy peçenye resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 831

Tarix : 8-11-2015, 13:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
200 q şəkər tozu
50 kakao tozu
50 ml süd
50 q kərə yağı
50 q araxis yağı
vanil
140 q yulaf lopası (Herkules)

Hazırlanması:
Formanın içinə perqament döşəyin.

Şəkər tozu, kakao, yağ və südü tayqulpa töküb ocağın üstünə qoyun. Daim qarışdırın. Qaynara düşəndə (üzərində köpük əmələ gələndə) saata baxın, qarışdırmağı dayandırmadan daha 1,5 dəqiqə bişirin.

Ocaqdan götürüb vanil və araxis yağı əlavə edərək qarışdırın. Yulaf lopalarını əlavə edib qarışdırın.
Qaşıqla bu qarışıqdan götürüb perqamentin üzərinə salın (peçenye forması verin). Üzərinə badam, yaxud badam yonqarlarından gül düzəldərək qoya bilərsiniz.

Soyuyub quruması üçün bir neçə saat saxlayın.

Şokoladlı çiy peçenye resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: qarışdırın, araxis, vanil, badam, kakao, əlavə, götürüb, dəqiqə, Qaşıqla, qarışıqdan, perqamentin, bişirin, lopalarını, Ocaqdan, üzərinə, edərək, Yulaf, forması, Soyuyub, bilərsiniz
BİZİ İZLƏYİN