• Fransız qurabiyəsi resepti

Reseptin məlumatları Baxış sayı: 19 204

Tarix : 10-11-2015, 19:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 sustəkanı un,
140 gram tereyağı
½ sustəkanı şəkər tozu,
1 çaystəkanı quru üzüm,
1 sustəkanı toz fındıq,
1 ədəd yumurta,
1 şorba qaşığı darçın,
1 paket vanilin,
Şəkər pudrası.

Hazırlanması:
Əvvəlcə otaq temperaturunda kərə yağını və şəkər tozunu möhkəm qarışdırın.
Sonra yumurtalari təmiz-təmiz yuyun.
Yuduğunuz yumurtanı da əzdiyiniz kərə yağının üzərinə əlavə edib qarışdırmağa davam edin.
Kərə yağına qarışdıracağınız unu ələyin.
Ələnmiş unu kərə yağı qarışığına əlavə edib yoğurun.
Sonra darçın və vanilini də qarışığa əlavə edib yoğurun.
Ən son toz fındıq və quru üzümü də əlavə edərək ələ yapışmayan bir xəmir əldə edin.
Kurabiyədən qoz büyüklüyündə parçalar ayırıb əlinizdə yuvarlayın.
Yağlı kağız sərdiyiniz fırın sinisinə kurabiyələri düzün.
Əvvəlcədən 170 dərəcə qızdırılmış fırında kurabiyələri bişirin.
Kurabiyələr bir az soyuduqdan sonra üzərlərinə pudra şəkəri əlavə edin.
Soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, sustəkanı, kurabiyələri, sonra, Sonra, yoğurun, şəkər, darçın, təmiz, fındıq, əlinizdə, kağız, yuvarlayın, ayırıb, Yağlı, xəmir, üzümü, qarışığa, edərək, yapışmayan
BİZİ İZLƏYİN