• Təbəssüm peçenyesi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 077

Tarix : 14-11-2015, 23:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 q kərə yağı
140 q un
190 q kəsmik
2 ç.q. vanilli şəkər tozu
1 ç.q. qabartma tozu
2 alma
2 x.q. şəkər tozu
şəkər pudrası (üzərinə)
darçın

Hazırlanması:
Çox soyudulmuş kərə yağını sürtgəcdən keçirin. Un, qabartma tozu ilə qarışdıraraq əlinizlə ovxalayın. Ovuntuğa kəsmik, vanilli və adi şəkər tozu əlavə edib elastik xəmir yoğurun. Qida plyonkasına büküb soyuducuda 20 dəqiqə saxlayın.

Sobanı 190 dərəcə qızdırın.

Almaları yuyub qabığını soyun, cecəsini çıxarın, dilimləyin.
Xəmiri un səpilmiş masada 3 mm qalınlıqda yayın. Stəkan və ya digər uyğun forma ilə dairələr kəsin. Bir tərəfinə alma dilimini qoyun, digər tərəfini üzərinə qatlayın. Alma dilimlərini şəkildəki kimi kəsə, xəmir və kişmişlə "göz" düzəldə, yaxud peçenyelərə istədiyiniz başqa forma verə bilərsiniz. Həmçinin alma dilimlərini xəmirin içinə qoymazdan əvvəl bir qədər darçınla qarışdıra bilərsiniz.

Perqament döşənmiş siniyə qoyub əvvəlcədən qızdırılmış sobada 20 dəqiqə, qızılı rəng alanadək bişirin.
Soyuyandan sonra üzərinə şəkər pudrası səpin.

Təbəssüm peçenyesi resepti - FOTO RESEPT

Təbəssüm peçenyesi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, üzərinə, digər, xəmir, forma, bilərsiniz, dəqiqə, dilimlərini, qabartma, vanilli, kəsmik, pudrası, istədiyiniz, içinə, başqa, xəmirin, Həmçinin, peçenyelərə, yaxud, qatlayın
BİZİ İZLƏYİN