• Qarağatlı vatruşka resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 565

Tarix : 1-03-2016, 22:00

Bölmə : Peçenye reseptləri / Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
300 ml süd
10 q quru maya
100 q yağ
1 çimdik duz
3 x.q. şəkər tozu
un - aldığı qədər

iç:
qırmızı qarağat
şəkər tozu

Hazırlanması:
Mayanı isti süddə, yağı isə su hamamında əridin.
Unun bir hissəsini şəkər tozu və duzla qarışdırın, mayalı südü, ərinmiş yağı əlavə edib qarışdırın. Az-az un əlavə edərək elastik xəmir yoğurun.
Xəmiri 1 saat saxlayın. Bu müddətdə 2 dəfə ətləyin.

Xəmiri qalın kolbasa formasına salın. İti bıçaqla dilimləyin. Ortasını basıb kənarlarını azca qaldırın. Ortasına qırmızı qarağat töküb şəkər tozu səpin.

Kənarlarına yumurta çəkin. 180 dərəcə qızdırılmış sobada kənarları qızaranadək bişirin.

Hazır olandan sonra üzərinə şəkər pudrası səpin.

Qarağatlı vatruşka resepti - FOTO RESEPT

Qarağatlı vatruşka resepti - FOTO RESEPT

Qarağatlı vatruşka resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, qırmızı, qarağat, əlavə, səpin, qarışdırın, xəmir, Xəmiri, Kənarlarına, yumurta, çəkin, qaldırın, Ortasını, basıb, kənarlarını, Ortasına, töküb, sobada, sonra, olandan
BİZİ İZLƏYİN