• Ərikli roqalik resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21 420

Tarix : 24-11-2015, 17:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
200 ml süd
2 yumurta
10 q quru maya
200 q kərə yağı
2 x.q. şəkər tozu
1 çimdik duz
1 paket vanilli şəkər
1 kq un (az və ya çox ola bilər)

iç:
ərik
şəkər tozu

Hazırlanması:
Südü azca qızdırıb mayanı içində əridin (sadəcə qarışdırıb 15 dəqiqə saxlayın). Yumurtaları duz və şəkər tozu ilə çalın (1 yumurtanın sarısını üzərinə çəkmək üçün saxlayın). Yumşalmış yağ əlavə edin. Mayalı südlə unu qatıb elastik xəmir yoğurun. Ələ yapışmamalıdır. Xəmiri qida plyonkasına büküb ən azı yarım saat soyuducuda saxlayın.

Ərikləri yuyub dənəsini çıxarın.

Bu roqalik üçün jardel sortundan olan əriklər daha uyğundur: xırdadır, çox şirə buraxmır, əvəzində ətirli və dadlıdır.

Xəmiri dörd yerə bölün. Hər birini nazik yayıb 8 yerə bölün. İçinə ərik qoyub azca şəkər tozu səpin, sonra roqalik kimi büküb kənarlarını bitişdirin.

Sobanı qızdırın. Roqaliklərin üzərinə azacıq süd və şəkər tozu ilə qarışdırılmış yumurta sarısı çəkin. Formaya düzün, 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Ərikli roqalik resepti - FOTO RESEPT

Ərikli roqalik resepti - FOTO RESEPT

Ərikli roqalik resepti - FOTO RESEPT

Ərikli roqalik resepti - FOTO RESEPT

Ərikli roqalik resepti - FOTO RESEPT

Ərikli roqalik resepti - FOTO RESEPT

Ərikli roqalik resepti - FOTO RESEPT

Ərikli roqalik resepti - FOTO RESEPT

Ərikli roqalik resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, saxlayın, bölün, dəqiqə, üzərinə, Xəmiri, büküb, roqalik, xəmir, yumurta, birini, nazik, İçinə, qoyub, yayıb, əriklər, əvəzində, buraxmır, ətirli, səpin
BİZİ İZLƏYİN