• Portağallı kətə resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 814

Tarix : 25-11-2015, 12:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 x.q. xama
3 x.q. bitki yağı
50 q kərə yağı
225 q şəkər tozu
1 yumurta
250 q un
1 ç.q. qabartma tozu
1 portağal
1 x.q. nişasta

Hazırlanması:
Yumurtanı çəngəllə çalın, 5 x.q. şəkər tozu əlavə edib yenə çalın. Bitki və kərə yağı, xama, un və qabartma tozu əlavə edin.

Elastik xəmir yoğurun. 4 yerə bölün. Üzərinə plyonka çəkib soyuducuda saxlayın.

Portağalı yuyub qurudun, ət maşınından keçirin. 100 q şəkər tozu və nişasta ilə qarışdırın. Tavaya töküb qatılaşanacan bişirin (təxminən 1-2 dəqiqə). Soyudun.

Soyuducudakı xəmirin birini çıxarıb yayın, için 1/4-ni üzərinə çəkin, rület kimi bükün.

İti bıçaqla 3-4 sm ölçüdə doğrayın. Xəmirin qalanını da bu qayda ilə hazırlayın.

180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.

Portağallı kətə resepti - FOTO RESEPT

Portağallı kətə resepti - FOTO RESEPT

Portağallı kətə resepti - FOTO RESEPT

Portağallı kətə resepti - FOTO RESEPT

Portağallı kətə resepti - FOTO RESEPT

Portağallı kətə resepti - FOTO RESEPT

Portağallı kətə resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, çalın, əlavə, nişasta, dəqiqə, bişirin, qabartma, çəkin, çıxarıb, yayın, üzərinə, birini, Soyuducudakı, təxminən, Soyudun, rület, xəmirin, doğrayın, dərəcə, hazırlayın
BİZİ İZLƏYİN