• Xırt-xırt yumurtalar resepti

Reseptin məlumatları Baxış sayı: 19 108

Tarix : 5-12-2015, 10:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 q şirin olmayan qarğıdalı lopası
1 limon
125 q marqarin
100 q şəkər tozu
1 yumurta
250 q un
1 ç.q. qabartma tozu
75 q xırdalanmış badam

Hazırlanması:
Qarğıdalı lopalarını oxlovla yüngülcə əzin.

Limonu qaynar suyla yuyub salfetlə qurulayın, sedrasını çıxarın (sürtgəcdən keçirin).

Marqarin, yumurta, şəkər tozu, un, qabartma tozu, badam yonqarı, sürtgəcdən keçirilmiş limon sedrası və qarğıdalı lopasının yarısını qarışdırın. Masanın üzərinə un səpib xəmir yoğurun.

Xəmiri qida plyonkasına büküb soyuducuda minimum 1 saat saxlayın.

Qarğıdalı lopasının qalanını dərin qaba tökün. Xəmirdən 2 sm diametrli kürələr düzəldin.

Sonra bunları qabdakı lopalara batırın.

Perqament döşənmiş formaya düzüb 200 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: qabartma, badam, Qarğıdalı, lopasının, yumurta, şəkər, sürtgəcdən, qarğıdalı, limon, dərin, kürələr, tökün, qalanını, diametrli, Xəmirdən, minimum, plyonkasına, Xəmiri, büküb, soyuducuda
BİZİ İZLƏYİN