• Çovdar unlu yumşaq qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 12257

Tarix : 11.06.2016, 21:00

Bölmə : Şirniyyatlar » Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
150 qr çovdar unu,
100 qr ağ un,
1 paket qabartma tozu,
1 çay qaşığı duz,
80 qr kərə yağı,
3/4 stəkan süd,
Içinə qarışdırılmış 1/4 stəkan qatıq,
1 şirniyyat qaşığı bal,

Hazırlanması:
Çovdar unlu yumşaq kurabiyəni hazırlamaq üçün əvvəlcə unu və qabartma tozunu bir dərin qaba ələyin.
Sonra üzərinə duzu da əlavə edin.
Çovdar unlu yumşaq kuabiyə üçün lazım olan kərə yağını əritmədən soyuq halda parça-parça doğrayın.
İçinə qatdığımız kərə yağlarını barmaq ucları ilə əzməyə çalışın.
Kərə yağı əriyib unla qarışaraq çörək qırıntısı şəklində olacaqdır.
Bundan sonra “Çovdar unlu yumşaq kurabiyə” xəmirinin ortasını açıb içinə südlə qatığı qarışıdıraraq (iki yemək qaşığı qədər süd qarışığını ayırın) xəmirin üzərinə əlavə edin.
Sonra balı da əlavə edərək xəmir formasında olana qədər yoğurun. Bu arada isə xəmirin içinə bibəriyə, istiot , kəklik otu və s. ədviyyatlar da qataraq aroma kimi də istifadə edə bilərsiniz.
Ancaq Çovdar unlu kurabiyənin xəmirini çox yoğurmaq lazım deyil.
Çovdar unlu kurabiyənin xəmiri çox yoğrularsa sərtləşib bərkiyəcək və kövrək olmayacaqdır.
Yadda saxlayın:
Xəmiri 1 santımetr qalınlığında yayıb istədiyiniz ölçüdə və formada kəsə bilərsiniz.
Kəsdiyiniz xəmirləri fırın sinisinə düzün.
Ayırdığınız qatıqlı südü fırçanın köməyi ilə “Çovdar unlu kurabiyə “xəmirlərinin üzərinə yaxın.
Fırını əvvəlcədən 200 dərəcəyə yaxın qızdırın.
Hazırladığınız xəmirləri əvvəlcədən qızdırdığınız fırında 12-15 dəqiqə bişirin.
Xəmirlərin rəngi dəyişəndə fırından çıxardın.
Çovdar unlu yumşaq kurabiyəni həm isti həm də soyuq halda servis edə bilərsiniz.

Nuş olsun!

Etiketlər: Çovdar, yumşaq, bilərsiniz, qaşığı, üzərinə, əlavə, xəmirin, lazım, halda, qədər, əvvəlcədən, parça, Sonra, soyuq, içinə, xəmirləri, stəkan, qabartma, kurabiyənin
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN