• Mürəbbəli qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 20 130

Tarix : 10-06-2016, 15:00

Bölmə : Peçenye reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 ədəd yumurta
100 qram kərə yağı
0,5 kiçik stəkan şəkər kirşanı
1 kiçik qaşıq qabartma tozu
1 paket vanil tozu
Aldığı qədər un

Üzəri üçün:
Mürəbbə və ya povidlo
Şəkər kirşanı

Hazırlanması:
Kərə yağı əvvəlcə soyuducudan çıxardıb bir qabda otaq temperaturunda gözlədin. Kərə yağı yumşalmalıdır.

Bir qabda yumşalmış kərə yağı, şəkər kirşanı və yumurtanı bir – birinə yaxşıca qarışdırın.

Daha sonra bu qarışığın içərisinə qabartma tozu, vanil və az – az un əlavə edin. Bunları da qarışdırıb xəmir yoğurun. Xəmirin qatılığı qulaq ucu yumşaqlığında olmalıdır.

Bundan sonra hazırladığınız xəmirdən kiçik – kiçik hissələr qopardın. Bu xəmir parçalarını yumrulayaraq kürə formasına gətirin.

Bu xəmir kürəciklərini əliniz vasitəsi ilə və yaxud da səliqəli olması üçün bir qapaq vasitəsi ilə ortasından təzyiq edərək çuxur əmələ gətirin.

Fırın sinisinin içərisinə yağlı kağız sərin. Mürəbbəli Qurabiyə xəmirlərini bu yağlı kağızın üzərinə səliqə ilə düzün.

Duxovkanı 180 dərəcəyə ayarlayıb isidin.

Duxovka 180 dərəcəyə isidildikdən sonra qurabiyələri bu duxovkada bişirin.

Qurabiyələr bişdikdən sonra duxovkadan çıxardın və soyumasını gözləyin.

Soyuyan qurabiyələrin üzərinə əvvəlcə şəkər kirşanı səpin. Ondan sonra da şəkər kirşanı səpilən qurabiyələrin içərisindəki çuxurlara bir qaşıq mürəbbə (və ya povidla) əlavv edin.

Ləzzətli və gözoxşayan görünüşlü Qurabiyə artıq hazırdır. Rahatlıqla süfrəyə verə bilərsiniz.

Çox ləzzətli olan bu qurabiyələr, uşaqlar tərəfindən də çox seviləcək.

Nuş olsun!
Etiketlər: kirşanı, sonra, kiçik, şəkər, xəmir, qurabiyələrin, qabda, dərəcəyə, üzərinə, yağlı, Qurabiyə, əvvəlcə, vasitəsi, gətirin, içərisinə, qabartma, qaşıq, vanil, isidin, ayarlayıb
BİZİ İZLƏYİN