• Şokoladlı qurabiyə resepti

Reseptin məlumatları Baxış sayı: 20 000

Tarix : 13-06-2016, 21:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q kərə yağ (otaq temperaturunda),
1 stəkan maye yağ,
2 yumurtanın sarısı (ağını üzərinə),
7 yemək qaşığı şəkər,
1 paket qabartma tozu,
1 paket vanilin,
1 yemək qaşığı limon suyu,
2,5-3 stəkan qədər un,

İçi üçün:
Krem şokolad,

Üzəri üçün:
Yumurtanın ağı və yetəri qədər çəkilmiş fındıq

Hazırlanması:
Bütün ərzaqları qatıb yumşaq xəmir yoğurun.
Qozdan böyük kündələr qopardıb ovuc içində açın və çay qaşığı ilə içinə krem şokolad qoyun.
Xəmirin ağzını bağlayın.
Əvvəlcə yumurta ağına , sonra isə fındıq əzməsinə batırın.
170 dərəcədə üstü qızarana qədər bişirin.
Bu kurabiyəni krem şokolatsız da hazırlamaq olar.

Not:
Xəmirin unu çox olarsa içini qoyduqdan sonra rahat birləşməz.
Ona görə də unu az-az qoymaq lazımdır.

Nuş olsun!
Etiketlər: qədər, qaşığı, paket, fındıq, Xəmirin, sonra, yemək, şokolad, stəkan, batırın, dərəcədə, yumurta, Əvvəlcə, qoyun, olsun, ağzını, bağlayın, lazımdır
BİZİ İZLƏYİN