• Bakı qurabiyəsi resepti

Reseptin məlumatları Baxış sayı: 24 866

Tarix : 18-06-2016, 16:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 8-10


Tərkibi:
Kərə yağı – 350 gr
(marqarinlə məsləhət bilmirəm, dadı yaxşı olmayır)
Şəkər tozu – 160 gr
Un – 600 gr
Yumurta ağı -1 d.

Hazırlanması:
Kərə yağını şəkər tozu ilə mükəmməl qarışdırın, sonra yumurtanın ağını əlavə edib, çalın. Sonda ələnmiş un vurulur və yenə çalınır. Yaxıntılı konsistensiya alınmalıdır.
Xəmir romaşka formada üstündə yağlı kağız olan listə çökdürülür.
Romaşkanın ortasında oyug açılır və oraya meyvə püresi (povidlo) qoyulur. Aydın görünmək üçün pürenin rəngi tünd olmalıdır.
Olar sarı rəngdə də – qaysı mürəbbəsi. Qurabiyyə 250 dərəcədə təhminən 10 dəq. bişirilir. Tez bişdiyi üçün yanmasın deyə yanında olun.

Nuş olsun!
Etiketlər: meyvə, oraya, püresi, povidlo, Aydın, qoyulur, açılır, ortasında, kağız, yağlı, listə, çökdürülür, Romaşkanın, görünmək, pürenin, bişirilir, təhminən, bişdiyi, yanmasın, olsun
BİZİ İZLƏYİN