• Dəniz ulduzu resepti

Reseptin məlumatları Baxış sayı: 13 855

Tarix : 8-07-2016, 15:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1 litr süd
2 qəhvə fincanı un
100 qr marqarin
3 qəhvə fincanı şəkər
2 dənə damla saqqızı

Şokolad sousu üçün:
3 şorba qaşığı kakao
6 şorba qaşığı toz şəkər
1 su stəkanı süd

Hazırlanması:
Marqarindən başqa bütün ərzaqları qarışdırıb tündləşənə qədər bişirin.
Tündləşəndə içinə marqarini qatıb ocaqdan alın və mikserlə çırpın.
İstədiyiniz şüşə və ya metal bir qab istifadə edə bilərsiniz. Şəkildəki qalıb Cola şüşəsinin alt qisimindən istifadə olunaraq hazırlanıb.
Mikserlə çırptığımız qarışığın içini ıslattığımız kasalara qoyub bir gecə soyuducunda saxlayın.
Daha sonra qoşqablara tərs çevirib üzərinə şokolad sousu tökərək süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: sousu, qaşığı, şəkər, şorba, istifadə, qəhvə, fincanı, ıslattığımız, Mikserlə, içini, çırptığımız, hazırlanıb, qarışığın, qisimindən, Şəkildəki, qalıb, şüşəsinin, kasalara, olunaraq, sonra
BİZİ İZLƏYİN