• Kəsmikli peçenyeler resepti

Reseptin məlumatları Baxış sayı: 20 808

Tarix : 12-07-2016, 22:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
kəsmik – 400 g
marqarin – 200 q
Buğda unu – 480 q
şəkər – 2-3x.q.
soda – 1/2ç.q.
duz

Hazırlanması:
Marqarını rəndənin böyük gözünnən keçirdin, kəsmiklə birləşdirib 1cimdik duz əlavə edin.
Alınan kəsmikli kütləyə un və soda əlavə edib xəmiri yoğurun.
Xəmiri yayıb stekanla dairəvi kəsin.
Hər dairəni şəkərə batırın sonra ortadan iki bükün (kənarlarnı birləşdirməyin və bükəndə şəkər içində qalmalıdır), sonra bir üzünü bir daha şəkərə batırıb yenə ortadan bükün (üçbücaq kimi alınmalıdır).
Alınan peçenyaların bir üstünü bir daha şəkərə batırıb listə kağız salıb üzərinə düzün. Peçenyaları 180C 20-25dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: şəkərə, əlavə, bükün, Alınan, ortadan, sonra, şəkər, batırıb, düzün, üzərinə, salıb, kənarlarnı, Peçenyaları, 25dəqiqə, kəsin, dairəni, bişirin, batırın, birləşdirməyin, bükəndə
BİZİ İZLƏYİN