Tərkibi:3 su stəkanı süd
8-10 yemək qaşığı irmik
6 yemək qaşığı şəkər
1 qutu krem şanti
Qoz
Çəkilmiş fındıq
Hazırlanması:Südü, irmiği və şəkəri bir qazana qoyub, qarışdıraraq tündləşənə qədər bişiririk.
Sonra yaxşı soyumasını gözləyin və içərisinə toz halındakı krem şantini əlavə edib qarışdırın.
Qarışımdan kiçik hissələr ayırın və top kimi edib qoza yada çəkilmiş fındığa bulayıb servis boşqabına qoyun. ( forma verəndə əlinizə yapışsa, əlinizi islatmağınız məsləhət görülür)
Nuş olsun!
Etiketlər: qaşığı, yemək, hissələr, ayırın, fındığa, çəkilmiş, kiçik, Qarışımdan, içərisinə, gözləyin, halındakı, şantini, qarışdırın, əlavə, bulayıb, boşqabına, islatmağınız, əlinizi, məsləhət, görülür