• Amaretti peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 14 687

Tarix : 19-07-2016, 10:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
250 qr təmizlənmiş badam
1 çay qaşığı badam essensiyası
200 qr şəkər
4 yumurta ağı
1 stəkan kərə yağı
1 stəkan un
pudra şəkəri

Hazırlanması:
Badamı üyüdüb 150 qr şəkər və badan essensiyası ilə qarışdırın.
Yumurta ağlarını bərkiyənə qədər qarışdırın və qalan şəkəri əlavə edin.
Badam qarışımını qaşıqla yumurta ağına əlavə edərək qarışdırın.
Soba qabını kərə yağı ilə yağlayıb un səpin.
Badamlı qarışımı qaşıq ilə qaba peçenye formasında tökün.
2 saat kənarda saxlayın.
Sobanı 150 dərəcədə isidin və 1 saat sobada bişirin.
Bişdikdən sonra pudra şəkəri əlavə edin

Nuş olsun!
Etiketlər: qarışdırın, şəkəri, əlavə, essensiyası, şəkər, pudra, badam, yumurta, stəkan, Badamlı, qarışımı, qaşıq, sonra, səpin, yağlayıb, edərək, qabını, olsun, peçenye, formasında
BİZİ İZLƏYİN