• Xamalı peçenye resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 60 885

Tarix : 2-07-2014, 22:57

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q xama
200 q kərə yağı
400 q un (əlavə də oluna bilər)
1 ədəd yumurta
100 q şəkər tozu
1 ç/q vanil
1 qutu qabartma tozu

Hazırlanması:
Ev şəraitində yumuşaldılmış kərə yağı və xama yaxşı-yaxşı qarışdırılır. Sonra qarışımın içərisinə unu, qabartma tozunu və vanili əlavə edib bərk olmayan xəmir hazırlayırıq.
Xəmiri sellofana büküb soyuducuda 1 saat saxlayırıq.
Soyuducudan götürdüyümüz xəmiri 5-7 mm qalınlığında yayırıq və istədiyimiz şəkili verərək kəsirik.
Xamalı peçenye resepti - FOTO RESEPT


Kəsdiyimiz xəmirlərimizi soba listə yerləşdiririk. Üzərinə yumurta çəkib, şəkər tozu səpirik.
Xamalı peçenye resepti - FOTO RESEPT

200 dərəcədə qızdırılmış sobada 15-20 dəqiqə bişiririk.
Peçenyelərimiz hazırdır.

Nuş olsun!
Etiketlər: şəkər, yaxşı, yumurta, qabartma, əlavə, Kəsdiyimiz, xəmirlərimizi, listə, yerləşdiririk, kəsirik, verərək, qalınlığında, istədiyimiz, Üzərinə, şəkili, yayırıq, dərəcədə, bişiririk, Peçenyelərimiz, hazırdır
BİZİ İZLƏYİN