• Şokoladlı peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 41 959

Tarix : 30-06-2014, 15:32

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q ev şəraitində yumşalmış kərə yağı
180 q şəkər tozu və ya şəkər kirşanı
50 q kakao tozu
1 ç.q. vanil
1 ədəd yumurta
320-350 q un
1 ç.q soda və ya qabartma tozu
2 x.q şəkər pudrası və ya adi şəkər tozu (üzəri üçün)

Hazırlanması:
Şəkər tozu, yumurta və kərə yağı birlikdə qarışdırılır.
Üzərinə kakao tozu, yumurta və vanil əlavə edilir.
Kənarda unla sodanı qarışdırıb qarışıma əlavə edirik. Xəmir bərk olmamalıdır.
Eləcə də çalışmaq lazımdır ki, çox yumşaq olmasın.
Alınmış xəmirdən qoz boyda kürəciklər hazırlayırıq.
Kürəciklərin üzərinə şəkər kirşanı və ya xırdalanmış fıstıq, qoz, fındıq səpmək lazımdır.
Budur ,şokoladlı peçenyelərimiz hazırdır.

Nuş olsun!
Etiketlər: şəkər, yumurta, əlavə, vanil, kakao, kirşanı, lazımdır, kürəciklər, hazırlayırıq, boyda, olmasın, Kürəciklərin, yumşaq, Alınmış, xəmirdən, fıstıq, peçenyelərimiz, hazırdır, olsun, Budurşokoladlı
BİZİ İZLƏYİN