• Karamelli-şokoladlı peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 19 103

Tarix : 30-06-2014, 15:50

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q peçenye
200 qr kərə yağı
200 q qatılaşdırılmış süd
2 yemək qaşığı bal
50 q ağ şokolad
200 q qara şokolad

Hazırlanması:
Peçenye əzilir. Kərə yağı əlavə olunur və yaxşıca qarışdırılır.
Hazır peçenye qarışığı şəkildəki kimi qaba yığılır.
İndi isə karameli hazırlayaq. Bir qaba qatılaşdırılmış süd, kərə yağı və bal əlavə olunur.
Karameli tündləşənə kimi 15-20 dəqiqə az atəşdə bişirin. Yanmaması üçün qarışdırmaq lazımdır.
Karamel əzilmiş peçenyenin üzərinə əlavə edilir və üzəri qaşıq vasitəsilə hamarlanır.
Qara şokolad su vannasında əridilir və karamelin üzərinə əlavə olunur.
Əridilmiş ağ şokoladla da üzəri şəkildəki kimi bəzədilir və soyuducuda 20-30 dəqiqə saxlanılır.
Karamelli, şokoladlı peçenyemiz hazırdır.

Nuş olsun!
Etiketlər: əlavə, olunur, şokolad, qatılaşdırılmış, peçenye, şəkildəki, üzəri, üzərinə, dəqiqə, hamarlanır, vannasında, əridilir, qaşıq, peçenyenin, edilir, karamelin, vasitəsilə, bəzədilir, şokoladlı, peçenyemiz
BİZİ İZLƏYİN