• Kişmişli kəsmikli bulkalar resepti

Reseptin məlumatları Baxış sayı: 19 153

Tarix : 30-07-2016, 12:00

Bölmə : Peçenye reseptləri / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
15 q yaş maya
250-280 ml süd
2-3 x.q. şəkər tozu
1 qəhvə qaşığı duz
1 yumurta + 1 yumurtanın sarısı
50 q kərə yağı
2-3 x.q. bitki yağı
500 q un (bir qədər çox da ola bilər)

:
500 q kəsmik
2 yumurtanın sarısı
5 x.q. şəkər tozu (zövqə görə)
vanil
2 ovuc kişmiş
4 x.q. ərinmiş yağ

Hazırlanması:
Ləyənə yaş mayanı xırdalayıb tökün. 1 ç.q. şəkər tozu, 2 x.q. un və yarım stəkan südü qarışdırıb mayanın üzərinə tökün. 15 dəqiqə isti yerdə saxlayın.

Unu ələyin, duz, yumurta, şəkər tozu, əridilmiş yağ, gəlmiş baratanı əlavə edin. Bitki yağı əlavə edə-edə xəmir yoğurun.

Üzərinə dəsmal çəkib isti yerə qoyun.

İç üçün olan ərzağı mikserlə çalın.

Gəlmiş xəmiri 3 bərabər yerə bölün.

Birini 5 mm qalınlıqda dördbucaqlı yayın. Üzərinə yağ çəkin, için yarısını bərabər qaydada üzərinə yayın. Bir ovuc kişmiş səpin.

İkinci kündəni yayıb proseduru təkrarlayın (yağ + iç + kişmiş).

Üçüncü xəmiri yayıb üstdən qoyun. Üzərinə yumurta sarısı çəkib şəkər tozu səpin. Pizza bıçağı ilə tərəfi 8 sm olan kvadratlara bölün. Ehtiyatla götürüb siniyə düzün.

Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Şəbəkənin üzərində soyudun.

Nuş olsun!
Etiketlər: şəkər, kişmiş, Üzərinə, sarısı, yumurta, çəkib, üzərinə, dəqiqə, xəmir, əlavə, bərabər, səpin, yayıb, yayın, bölün, tökün, xəmiri, qoyun, yumurtanın, təkrarlayın
BİZİ İZLƏYİN