• Oreo peçenyesi resepti

Reseptin məlumatları Baxış sayı: 58 489

Tarix : 26-05-2014, 11:57

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (30-40 ədəd):
Xəmir üçün:

180 q un
50 q kakao (maksimal dərəcədə tünd)
1 ç.q. soda
1/4 ç.q. qabartma tozu
200 q şəkər pudrası
1 yumurta
140 q kərə yağı

Krem üçün:
80 q kərə yağı
150 q şəkər pudrası
100 ml yağlı qaymaq
vanil

Hazırlanması:
Un və kakaonu birlikdə ələyin, soda və qabartma tozu ilə qarışdırın. Otaq temperaturunda olan yağı əvvəl tək, sonra şəkər pudrasını tədricən əlavə edərək çalın. Rəngi ağarıb həcmi artmalıdır. Yumurta əlavə edib çalın, kakaolu unu qatın. Xəmir ələ çox yapışan olmamalıdır. Xəmiri 3-4 yerə bölüb soyuducuda 20 dəqiqə saxlayın.

Sobanı 180 dərəcə qızdırın. Kündələri bir-bir soyuducudan çıxararaq yayın, dairələr kəsib perqament döşənmiş siniyə düzün, sobada 10 dəqiqə bişirin.

Krem: yağı ağarınca çalın. Sonra şəkər pudrası əlavə edib çalın (yaxşı olar ki, stasionar mikserlə çalasınız, siz qaymağı qızdıranadək mikser çalmağı dayandırmasın). Qaymağı 40 dərəcəyədək qızdırın, nazik axınla yağla şəkər pudrasına əlavə edin. Təxminən 8 dəqiqəyə eynicinsli krem alınacaq (şəkər pudrasını qaymaqda əridib də çalınmış yağla qarışdırmaq olar, belə daha asan olur). Sonda vanil əldə edin.

Peçenyeləri aralarına krem çəkməklə birləşdirin. Sonra peçenyeləri soyuducuda bir qədər saxlayın.

Belə dadlı hazırlanmış yeməkdən sonra çoxlu çirkli yuyulmalı qab qalacaq. Narahat olmayın, Fairy ilə ən yağlı qabların öhtəsindən belə rahatlıqla gələ biləcəksiniz. – Dadlı.az tövsiyə edir!

http://keyfiyyetserfelidir.az/#promo2

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, çalın, pudrası, Xəmir, qızdırın, saxlayın, soyuducuda, dəqiqə, pudrasını, vanil, qabartma, Sonra, yağla, mikser, Qaymağı, dayandırmasın, qaymağı, qızdıranadək, çalmağı
BİZİ İZLƏYİN