• Florensiya peçenyesi resepti

Reseptin məlumatları Baxış sayı: 13 480

Tarix : 1-08-2016, 10:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
60 q ərik qurusu
75 q qəhvəyi şəkər tozu
75 q kərə yağı
125 ml qaymaq
4 x.q. bal
1 x.q. un
75 q badam yonqarı
75 q bütöv badam
125 q ağ şokolad
1 ç.q. bitki yağı

Hazırlanması:
Ərikləri xırda doğrayın. Şəkər tozunu kərə yağı, qaymaq və balla birlikdə qazanda qarışdırın. Ocağın üstünə qoyun. Qaynara düşəndə un və əriyi əlavə edib qarışdıraraq 1-2 dəqiqə bişirin, ocaqdan götürüb bütöv badamları əlavə edin.
Sobanı 160 dərəcə qızdırın. Xəmirdən qaşıqla götürərək perqament döşənmiş siniyə bir-birindən 4 sm aralı olmaqla düzün. Sobada 12 dəqiqə, qızaranadək bişirin.
Şokoladı su hamamında əridib peçenyelərinə üzərinə çəkin, üzərinə badam yonqarı səpin. Yaxud çəngəllə şokoladın üzərində naxış salın. Qurudun.

Nuş olsun!
Etiketlər: badam, üzərinə, bişirin, dəqiqə, bütöv, yonqarı, qaymaq, əlavə, Sobada, düzün, aralı, olmaqla, siniyə, götürərək, qaşıqla, perqament, döşənmiş, qızaranadək, birindən, əridib
BİZİ İZLƏYİN