• Küncütlü peçenye resepti

Reseptin məlumatları Baxış sayı: 19 569

Tarix : 5-08-2016, 17:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
70 q un
60 q kərə yağı
120 q şəkər tozu
1 yumurta
1 paket vanilli şəkər tozu
1 ç.q. təzə sıxılmış limon şirəsi
160 q küncüt
0,5 ç.q. qabartma tozu
0,5 ç.q. duz

Hazırlanması:
Un, qabartma tozu və duzu qarışdırın.
Yumşalmış yağı şəkər tozu ilə çalın, yumurta, vanil və limon şirəsi əlavə edib mikserlə 20-30 saniyə çalın.
Sonra mikserin sürətini azaldın, çalmağı dayandırmadan unu az-az əlavə edin.
Küncütü əlavə edib qaşıqla qarışdırın (küncütü əvvəlcədən qovura da bilərsiniz).
Sobanı 180 dərəcə qızdırın. Siniyə perqament döşəyin. Çay qaşığı ilə xəmirdən götürüb bir-birindən 3-4 sm aralı olmaqla perqamentin üzərinə düzün.
8-15 dəqiqə bişirin. Diqqətli olun ki, yanmasınlar.
Qaynar olanda bu peçenyelər yumşaq və yapışqan, soyuyanda isə quru və xırtıldayan olur.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, qabartma, çalın, şirəsi, qarışdırın, yumurta, limon, aralı, birindən, olmaqla, üzərinə, perqamentin, götürüb, xəmirdən, qaşığı, düzün, döşəyin, perqament, yanmasınlar
BİZİ İZLƏYİN