• Cemli ürək pryanikləri resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 877

Tarix : 5-08-2016, 15:00

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q bal
3/4 st. şəkər tozu
125 q kərə yağı
500 q un
2 yumurta
1.5 ç.q. soda
1/4 st. süd
1 çimdik duz
15 q pryanik üçün ədviyyat*

qlazur:
125 q şokolad
40-50 ml 38%-li qaymaq
cem

* pryaniklər üçün ədviyyat:
50 q darçın
20 q zəncəfil
15 q mixək
15 q hil
10 muskat cevizi
10 ağ istiot
10 q qara istiot (hamısını qarışdırıb şüşə bankaya yığın, qapağını kip bağlayın)

Hazırlanması:
Bal, kərə yağı və şəkər tozunu qızdırın, amma qaynatmayın, sadəcə balla şəkər tozu əriyənədək qarışdırın.
Blenderin qabına yığıb bir qədər soyumasını gözləyin, yumurta, süd, soda qatıb qarışdırın.
Unu ələyin, ədviyyatla qarışdırıb əlavə edin.
Xəmir yoğurun, o bir az yapışqan və duru kimi alınır, əlavə un vurmaq lazım deyil.
Üzərinə plyonka çəkib soyuducuda 1 gecə saxlayın (bu xəmiri soyuducuda 5 həftə də saxlaya bilərsiniz).
Xəmiri 3-4 mm qalınlıqda yayın. Dairələr kəsin
Birinin üzərinə cem qoyun.
Digərini üzərinə örtün. Ürək formasında olan bıçaqla kəsin.
Xəmir artıqlarını kündələyib yayın, yeni pryaniklər düzəldin.
Qaşığın qırağıyla xəmirin kənarlarından basıb bitişdirin ki, iç axmasın (həm də bu zaman görüntüsü də gözəl alınır).
Perqament döşənmiş siniyə yığıb 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin.

Qlazur:
Qaymağı qızdırın, xırdalanmış şokoladın üstünə tökün, eynicinsli kütlə alınanadək qarışdırın.
Pryaniklərin bir üzünü qlazura batırın.

Cemli ürək pryanikləri resepti - FOTO RESEPT

Cemli ürək pryanikləri resepti - FOTO RESEPT

Cemli ürək pryanikləri resepti - FOTO RESEPT

Cemli ürək pryanikləri resepti - FOTO RESEPT

Cemli ürək pryanikləri resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qarışdırın, şəkər, istiot, soyuducuda, əlavə, Xəmir, qarışdırıb, alınır, pryaniklər, kəsin, yayın, yumurta, ədviyyat, qızdırın, yığıb, üzərinə, xəmirin, qırağıyla, kənarlarından, bitişdirin
BİZİ İZLƏYİN