• Evdə hazırlanan zefir resepti

Reseptin məlumatları Baxış sayı: 26 988

Tarix : 10-08-2016, 12:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
4 stəkan şəkər
2 stəkan jelatin (20 qr)
1 çay qaşığı limon duzu
0,5 çay qaşığı qabartma tozu

Hazırlanması:
2 stəkan Jelatini 100 qram suda isladırıq.
Qazana şəkər tökürük, stəkanla soyuq su əlavə edirik və orta temperaturlu oda qoyuruq, qarışdırmağı unutmuruq.
3 dəqiqədən sonra qaynayan kimi götürürük və hazırlanmış jelatini əlavə edirik.
Jelatin həll olana qədər qarışdırırıq.

Biraz soyuduruq amma isti şəkildə 5 dəqiqə qarışdırırıq, sonra fasilə edib yenidən 5 dəqiqə qarışdırırıq.

Limon duzu və qabartma tozunu əlavə edirik.
Yenidən qarışdırırıq.
20 dəqiqə qarışımı gözlədirik.
Listə toplar şəklində qoyuruq və bərkiməsini gözləyirik sonra servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qarışdırırıq, əlavə, edirik, stəkan, dəqiqə, sonra, qabartma, qoyuruq, qaşığı, şəkər, fasilə, yenidən, content, Limon, Biraz, qədər, uploads, tozunu, soyuduruq, şəkildə
BİZİ İZLƏYİN