• Holland peçenyesi resepti

Reseptin məlumatları Baxış sayı: 12 753

Tarix : 20-08-2016, 22:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
175 q kərə yağı
1 yumurtanın ağı
1 st. şəkər pudrası
2 ç.q. qabartma tozu
1 paket vanil
un (aldığı qədər)

üzərinə:
0,5 st. şəkər tozu
1 yumurtanın ağı

Hazırlanması:
Otaq temperaturunda olan kərə yağını, şəkər pudrasını, vanili, yumurta ağını və qabartma tozunu bir qaba qoyun. Az-az un əlavə edərək yumşaq, elastik xəmir yoğurun.

Un səpilmiş masada xəmiri yayın. Qəliblərin köməyilə müxtəlif formalarda kəsin.

Formaya perqament döşəyin, peçenyeləri aralı-aralı düzün. Üzərinə yumurtanın ağını çəkib şəkər tozu səpin.

180 dərəcə qızdırılmış sobada üzəri yüngül qızaranadək bişirin. Sobadan çıxardıqdan sonra formanın içində soyudun. Sonra boşqaba düzüb süfrəyə verin.

Nuş olsun!
Etiketlər: şəkər, yumurtanın, aralı, qabartma, ağını, dərəcə, qızdırılmış, sobada, səpin, üzəri, düzün, döşəyin, perqament, peçenyeləri, yüngül, Üzərinə, çəkib, bişirin, boşqaba, Sonra
BİZİ İZLƏYİN