- Kokoslu-mandarinli peçenye resepti
Reseptin məlumatları
Baxış sayı: 11480
Tərkibi:
150 q kərə yağı
1 yumurta
100 q şəkər pudrası
200 q kokos yonqarı
200 q un
1 mandarinin sedrası
1 x.q. mandarin şirəsi
3-4 mandarin
şəkər tozu
1 yumurtanın sarısı
Hazırlanması:
Yumşaq yağı yumurta və şəkər pudrası ilə çalın, un, kokos yonqarı, sedra və şirə əlavə edib xəmir yoğurun. Kolbasa formasına salıb soyuducuda 1 saat saxlayın.
Mandarinləri 1-2 mm qalınlıqda doğrayın.
Xəmirdən qoz boyda kündələr tutun. Hər birini mandarin dilimi boyda yayın, üzərinə yumurta sarısı çəkin, doğranmış mandarin dilimi qoyub şəkər tozu səpin.
180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.
Nuş olsun!
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün
QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
- İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.