• Balqabaqlı peçenyalar resepti

Reseptin məlumatları Baxış sayı: 13 156

Tarix : 17-01-2017, 22:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel


Tərkibi:
Balqabaq-300 qr.
Qabartmali tozu ilə un-300 qr.
Yumurta sarisi-4 eded
Duz
Darçın
Qəhvəyi şəkər tozu-50 qr.
Portağal qabığı-1 ç.q. (sürtkəcdən keçirilmiş)

Hazırlanması:
Balqabaqı soyuruq, xirda kəsıb qoyuruq suda bişməyə. Bişəndən sonra əzib, pure halına gətiririk. Soyumasını gözdeyirik.
Yumurta sarisini çalırıq içinə şəkər tozunu, duzu, darçını, apelsin qabığını elavə edib qarışdırırıq. Balqabaqı elavə edirik.
Sonda elənmış unu qatırıq ve qarişdırırıq. Listə soba kağızını salıb, yağlayiriq. Və iki qaşıqla xəmiri pecenye formasına qoyuruq. 180 derecede 20-30 deq. bişir. Yalnız soyuyandan sonra yeyin

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: qoyuruq, sonra, elavə, Yumurta, Balqabaqı, şəkər, Listə, kağızını, qarişdırırıq, Sonda, qabığını, qarışdırırıq, edirik, elənmış, qatırıq, yağlayiriq, bişir, Yalnız, soyuyandan, yeyin
BİZİ İZLƏYİN