• Əfqanıstan düyü qurabiyəsi resepti

Reseptin məlumatları Baxış sayı: 18 130

Tarix : 1-01-2016, 23:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
170 qram kərə yağı – otaq hərarətində yumuşaldılmış
150 qram şəkər tozu
2 yumurtanın ağı
290 qram düyü unu
Yarım çay qaşığı döyülmüş hil
3 xörək qaşığı iri-iri doğranmış püstə
Bir ovuc qabığı soyulmuş püstə (bəzək üçün)

Hazırlaması:
Yağ və şəkəri mikserlə kütlənin rəngi açılanadək bir neçə dəqiqə çalın. Yumurta ağlarını əlavə edib, kütlə hamarlaşanadək təxminən bir dəqiqə də çalın.

Düyü unu, püstə və hili də əlavə edib kütləni qarışdırın.
Yumuşaq amma ələ yapışmayan xəmir əldə etməlisiniz. Xəmir əlinizə yapışırsa, bir az da düyü unu əlavə edin.

Sobanı 175Cdək qızdırın.
Listin dibinə perqament kağızı sərin. Alınan xəmirdən xörək qaşığı qədər almaqla, əlinizdə yumrulayıb listə düzün. Ovcunuzla üstlərinə basıb bir az yastıladın (çox yastı olmamaq şərtilə).

Qurabiyələrin səthinə çəngəllə naxış vurub, ortasına püstə qoyun.
Sobanın orta gözündə 13 dəqiqə və yaxud qurabiyələrin altı lap az qızaranadək bişirin. Qurabiyələrin üstü ağ qalmalıdır.

Nuş olsun!
Etiketlər: püstə, dəqiqə, qaşığı, əlavə, xörək, çalın, Qurabiyələrin, düzün, Ovcunuzla, basıb, yastıladın, listə, üstlərinə, əlinizdə, sərin, kağızı, perqament, Alınan, xəmirdən, yastı
BİZİ İZLƏYİN